Arif Hacılı: “70-dən çox dairədən namizədləri müəyyənləşdirmişik”
Tarix: 3-06-2015, 14:58 | Çap et
Arif Hacılı: “70-dən çox dairədən namizədləri müəyyənləşdirmişik”
“Müsavat Partiyası təkliflərini iqtidar-müxalifət görüşünün cari məsələlər bölümündə qaldıra bilməz”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, partiya Azərbaycanda keçiriləcək parlament seçkilərinə ciddi şəkildə hazırlaşır: “Müsavat Partiyasının Məclisi ötən ilin sonunda parlament seçkilərinə hazırlıqla bağlı qərar qəbul edib. Partiyanın strukturları, eyni zamanda rayon təşkilatları bu seçkilərə hazırlıq işini həyata keçirir. Artıq 70-dən çox dairədən Müsavatdan namizəd olacaq şəxslərin adı müəyyənləşib və yəqin ki, Məclisin növbəti toplantılarının birində namizədlərin siyahısı dairələr üzrə təsdiq olunacaq. Eyni zamanda seçki kampaniyası ilə əlaqədar təşkilati-texniki işlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Bunun üçün müvafiq təlimatlar hazırlanaraq rayon təşkilatlarına çatdırılıb. Dairələr və məntəqələr üzrə çalışacaq adamların siyahıları müəyyənləşdirilib. Eyni zamanda biz ölkədə seçki islahatlarının aparılması üçün təklif və tələblərimizin həyata keçirilməsi istiqamətində mübarizəmizi davam etdirmək niyyətindəyik”.

A. Hacılı Müsavatın iqtidar-müxalifət görüşündə iştirakı üçün təkliflərini cari məsələlər bölümündə qaldırması ilə bağlı fikirlərə də münasibət bildirib: “Biz iqtidar-müxalifət görüşü üçün təkliflərimizi ən önəmli məsələlər hesab edirik, ona görə də bu təkliflər cari məsələlər kimi müzakirə oluna bilməz”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net