Vurğun Əyyubla bağlı qərar gələn həftə veriləcək
Tarix: 22-05-2015, 11:16 | Çap et
Vurğun Əyyubla bağlı qərar gələn həftə veriləcək
Vurğun Əyyubun partiyadan çıxarılması ilə bağlı rayon şurası tərəfindən ləğv edilən qərarla əlaqədar gələn həftə rəsmi mövqe bildiriləcək.

Bu barədə “Qafqazinfo”ya açıqlama verən Müsavat Partiyasının Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı bildirib ki, Binəqədi özəyinin V.Əyyubun partiyadan çıxarılması ilə bağlı verdiyi qərar qüvvədədir: ”Şuranın verdiyi qərar isə səlahiyyətsiz hesab olunur. Çünki bu nizamnamədən kənar olaraq rayon təşkilatının sədrindən xəbərsiz çağırılıb. Ona görə də Şuranın necə çağırılması qərarın ləğv edilməsi ilə bağlı məsələ hazırda partiya tərəfindən araşdırılır. Gələn həftə Müsavat Partiyası bununla bağlı rəsmi mövqeyini bildirəcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net