“Bəziləri iqtidara müxalifətçiliklə, dövlətə müxalifətçiliyi səhv salır”
Tarix: 14-05-2015, 11:35 | Çap et
“Bəziləri iqtidara müxalifətçiliklə, dövlətə müxalifətçiliyi səhv salır”
“Avropa Oyunlarının Bakıda keçirilməsi bütövlükdə xalqımızın qələbəsidir. Kimsə, bu qələbəni qaralamağa çalışırsa, demək, azərbaycanlı olduğunu unudur”. Bunu editor.az-a deputat Lalə Abbasova deyib.

Onun sözlərinə görə, siyasi mövqeyindən asılı olmayaraq, hər bir azərbaycanlı buna görə, qürur hissi keçirməlidir:

“Çox təəssüf ki, iqtidara müxalifətlə, dövlətə və dövlətçiliyə müxalifəti hələ də səhv salan qüvvələr var. Sən hər hansı məsələdə narazı olduğunu bildirə bilərsən. Müəyyən təkliflər, etirazlar da səsləndirə bilərsən. Amma ümumilli məsələlərdə, ölkəmiz üçün strateji sayılacaq məsələlərdə antimilli rol almaq, bu yolverilməzdir. Onsuz da Azərbaycan ilk Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil edəcək. Yarışmaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyilə bütün işlər görülüb. Ən müasir standartlara cavab verən, Avropanın özü üçün yenilik sayılacaq idman mərkəzləri tikilib istifafadəyə verilib. Qonaqları qarşılamaq üçün hər cür şərait var. Avropalı idmançılar da ciddi şəkildə yarışmaya hazırlaşır. Belə bir şəraitdə təxribatçı fəaliyyət heç bir nəticə verməyəcək və təxribatçı qüvvələrin özlərinə zərər verəcək”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net