Müsavatda kütləvi istefalar
Tarix: 13-05-2015, 09:00 | Çap et
Müsavatda kütləvi istefalar
Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlunun və partiyada nüfuzlu simalardan olan Vurğun Əyyubun Müsavatdan uzaqlaşdırılması partiya daxilində ciddi etirazlara səbəb olub.

Uzun illərdir Müsavatda can qoyan, partiyanın bərpasında və inkişafında xidmətləri olan fəallar sürətlə partiyanı tərk edirlər.

Editor.az-a Müsavat daxilindəki mənbələrdən daxil olan məlumata görə, partiya başqanının keçmiş müşaviri Nizaməddin Quliyev, Müsavat Gənclər Təşkilatının sabiq sədri Emin Əliyev, Müsavat Partiyası Xətai rayon təşkilatının sabiq sədri Vidadi Hüseynov, Müsavat Məclisin keçmiş üzvü Tofiq Süleymanov partiya sıralarını tərk ediblər.

İstefa verən müsavatçılar partiyanı qanunsuz olaraq nəzarətə almağa çalışdığına görə, sabiq başqan İsa Qəmbərin Müsavatdan qovulmasını, hazırki başqan Arif Hacılının isə istefasını tələb edirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net