Müsavatçıdan İsa Qəmbərə ağır ittihamlar...
Tarix: 8-05-2015, 10:33 | Çap et
Müsavatçıdan İsa Qəmbərə ağır ittihamlar...
Müsavat Ağstafa təşkilatının ən fəal üzvü və Qubad İbadoğlıu tərəfdarı olduğundan qarşı tərəfdən çoxsaylı ittihamlarla üzləşən İsmayıl Kəsəmənli Moderator.az-da İsa Qəmbəri kəskin tənqid edib:

"İsa bəy səhv etməyin, bəziləri özlərini ilk olaraq 2014 cü ilin yanvarında Milli Suradan çıxanda ifşa etdilər. Əgər bu 15- 20 ildə Qubad Ibadoglunun, Vurğun Əyyubun, Hikmət Hacızadənin, sabiq müşavirniz, başqanlığa namizəd Səxavət Əlisoyun, sabiq MNTK sədri İ. İbrahimlinin, MNTK üzvü Alövsət Talışxanlının, 2003-cü il seçki məhbusları Elşən Həsənovun, Ənvər Əhmədin və başda Ellada Məmmedli olmaqla adlarını çəkmədiyim ləyaqətli xanımlarımızın, Sizin təbirinizcə desək "hakimiyyətin adamları" olduğunu görməmisinizsə və yaxud hiss etmənisinizsə onda, PARDON! Bu Sizin idarəetmədə Arif Hacılıdan qat -qat geridə olduğunuzun göstəricisi ola bilər. Yox, əgər bilib tədbir görməmisinizsə, deməli onlarla "əlbir olub Müsavatı dağıtmaq istəmisiniz"...

Sonda nəzərinizə çatdırmaq istəyirəm ki, kimliyindən asılı olmayaraq Azərbaycan üçün canından keçməyə hazır olan, Müsavatın bərpaçılarından olan Vurgun Əyyubu hakimiyyətin adamı adlandırmaq ən azından VİCDANSIZLIQ, ən çoxundan isə.......... (gəncliyimi, ailəmi, karyeramı prezidentliyi üçün qurban verdiyim, vaxtı ilə varlğmla inandğım bir "lider"ə, ən çoxundan sözünü yaza bilmədim)!!!"





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net