“Artıq sərt karantinə ehtiyac yoxdur: düşmən bəlli, müdafiə sistemi məlum” – AİHM rəhbəri
Tarix: 1-04-2021, 17:42 | Çap et
“Artıq sərt karantinə ehtiyac yoxdur: düşmən bəlli, müdafiə sistemi məlum” – AİHM rəhbəri

Ölkədəki koronavirusa yoluxma statistikası son günlər üzüyuxarı getməyə başlayıb. Bu, vəziyyətin pisləşməyə davam edəcəyi təqdirdə, yeni bir sərt karantinanın olacağı barədə müzakirələr dalğası yaradıb.

Azərbaycan Tibb Universitetinin professoru, həkim Adil Qeybulla bu vəziyyətdə karantin rejiminin sərtləşdirilə biləcəyini düşünür. O, evdən çıxmaq üçün SMS icazəsi almaq və ya digər müxtəlif məhdudiyyətlər üçün bir sistem tətbiq etməklə karantinin sərtləşdirilə biləcəyinə inanır. Nəticə əldə etmək üçün belə bir rejim 20 ilə 30 gün arasında davam etməlidir.

Yerli mətbuatda yayılan bəzi məlumatlara görə, karantin rejiminin sərtləşdirildiyi təqdirdə, peyvəndlənmiş insanların SMS icazəyə ehtiyac olmaya və hərəkətləri məhdudlaşdırılmaya bilər. Bundan əvvəl Prezidentin köməkçisi Şahmar Mövsümov tam peyvənd olunmuş vətəndaşlar üçün güzəştlərin tətbiqi məsələsinin müzakirə edildiyini bildirmişdi.

Əksər vətəndaşlar narahatlıq içində bu baharı da dörd divar arasında keçirə biləcəklərini düşünürlər. Aşılanmalar üçün mümkün güzəştlərə gəlincə, belə bir addım bir çoxları tərəfindən ayrı-seçkilik və peyvəndlənməyə dolayı məcburetmə kimi qiymətləndiriləcək.
8 saylı poliklinikanın baş həkimi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan şöbəsinin üzvü Tamilla Kərimova AYNA-ya açıqlamasında insanların virusdan qorunmaq və nəhayət, dolğun bir həyat yaşamaq üçün peyvəndlənməli olduğunu deyib: “Buna görə də peyvəndlənən insan kəskin bir karantin vəziyyətində belə, məhdudiyyət qoyulmadan çölə çıxmağı bacarmalıdır. İmmunitet ilk peyvənddən sonra inkişaf etməyə başlayır və tam təsir ikinci peyvənddən təxminən 3-4 gün sonra baş verir”.

Ölkədə koronavirus xəstələrinin sayında artım olduğunu xatırladan həkimin sözlərinə görə, peyvənddən sonra yüngül simptomlarla qarşılaşan peyvənd olunmuşların tez-tez xəstələrlə eyniləşdirilməsi ehtimalı mümkündür: “Bu gün ciddi karantin tətbiq edilməsinə ehtiyac yoxdur və bu məsələ ilə bağlı hələ heç bir qərar verilməyib. Bəlkə, sabah xəstələnmə səviyyəsində kəskin bir azalma olacaq və hadisələr önündə çaxnaşma yaratmağa ehtiyac olmayacaq”.

Kərimova əhali ilə maarifləndirmə işinin aparılmasını vacib hesab edir: “Peyvəndlənmə ilə yanaşı hər insan özünü infeksiyadan qorumalı, maskalar taxmalı, əllərini yumalıdır. Bu mövzuya həsr etmək üçün daha çox efir vaxtı ayırmaq lazımdır. Nəhayət, ictimai nəqliyyatın normal fəaliyyətinin bərpası da vacibdir”.

Azərbaycan İnsan Hüquqları Mərkəzinin (AİHM) rəhbəri Eldar Zeynalov isə AYNA-ya açıqlamasında bildirib ki, peyvənd olunanların sayının artması fonunda yoluxmaların da sayının artması suallar doğurur: “Üstəlik, ilk olaraq, risk qrupundan olan insanlar, yəni xəstələnmə ehtimalı ən yüksək olanlar peyvəndlənmişdi. Ancaq bu günə qədər xəstəlik sayının artması ilə bağlı sərt karantin tətbiqi barədə yayılan şayiələr insanları daha çox küçəyə çıxmağa, necə deyərlər, indidən, nə qədər mümkündür, daha çox təmiz havada olmağa sövq edir”.

“Belə bir sərt karantinin tətbiqi mənasız olardı. Yaşamaq hüququ xaricində digər hüquq və azadlıqların şərtləri var və bunlar cəmiyyətin mənafeyi naminə, ümumi sağlamlıq naminə bu və ya digər dərəcədə məhdudlaşdırıla bilər. Bu səbəbdən cəmiyyətin mənafeyi baxımından sağlamları yox, xəstələri təcrid etmək mümkündür və lazımdır. Yay statistikasında göstərildiyi kimi dörd divarın içində oturmaq, fiziki aktivlik olmaması səbəbindən yaşlı insanlarda ürək-damar xəstəliklərindən ölüm nisbətinin artmasına xidmət edir. Çoxları sərt karantin səbəbindən işləyə bilmir, pulsuz, borclu qalırlar və bu, onların psixi və fiziki vəziyyətinə təsir edir”, - deyə hüquq müdafiəçisi vurğulayıb.
Zeynalovun sözlərinə görə, sərt karantin xəstəxanalarda yer çatışmazlığı ilə üzləşən səhiyyə sistemini yüngülləşdimək istəyi ilə izah edilə bilər, ancaq evdə müalicə alan xəstələr həqiqətən müalicə olunsaydı: “Mənim qohumum evdə koronavirus xəstəliyindən əziyyət çəkirdi və bütün xəstəliyi dövründə heç bir həkim ona müraciət etmədi, dərmanları öz hesabına almalı idi. Təlimli tibb bacıları tərəfindən qulluq edilmək əvəzinə, xəstəlik riski olan sağlam ailə üzvləri tərəfindən baxıldı. Və belə hallar olduqca çoxdur. Sağlam insanlar təhlükə altındadırsa, məhdudiyyətlərin nə mənası var?!”.

AİHM rəhbərinin fikrincə, sərt karantin pandemiyanın başlanğıcında - dünyanın nə ilə qarşılaşdığı tamamilə aydın olmadığı zaman izah edilə bilərdi: “Ancaq indi düşmən məlumdur, hamı maskalı, əhalinin şüuru artıb. Və o zaman situasiyanı sərtləşdirməyə nə ehtiyac var? Əgər aşılananlar hərəkət azadlığı əldə edərsə və hər dəfə SMS göndərmək məcburiyyətində qalmazlarsa, onda, bu, yalnız aşılamağa məcbur etməklə izah edilə bilər. Vətəndaş üçün peyvənd pulsuzdur, lakin dövlət onu görə pul ödəyir. Bu peyvəndləri istehsal edənlər mümkün qədər çoxunu satmaqda maraqlıdırlar”.

“Koronavirus keçirən hər bir şəxs yenidən xəstələnə bilər, yəni bu xəstəliyə qarşı davamlı toxunulmazlıq mövcud deyil. Vaksin 100% qoruyucu zəmanət vermir, yəni onunla peyvəndlənən insanın hələ də xəstələnməsi ehtimalı var. Bundan əlavə, antitellər bir neçə aydan sonra yox olur. Və sonra? Yenidən peyvənd edilməkmi? Bu situasiya peyvənd şirkətlərinin faydalandığı çox gəlirli bir işdir”, - deyə Zeynalov fikrini yekunlaşdırıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net