“Bizim camaat həmrəylik nədir anlamır” - Araz ƏLİZADƏ
Tarix: 1-05-2015, 12:16 | Çap et
“Bizim camaat həmrəylik nədir anlamır” - Araz ƏLİZADƏ
Bu gün dünyanın əksər ölkələrində 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur. Dünyanın 100-dən artıq ölkəsində ictimai, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü kimi qeyd olunan 1 May Azərbaycanda keçirilmir.

Hafta.az-a müsahibəsində Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bu və digər ictimai məsələlər barəsində danışıb.

Müsahibəni təqdim edirik:

- Bir solçu partiya olaraq 1 May günü ilə bağlı tədbir təşkil edəcəksiniz?

- Xeyr. Çünki bizim camaat həmrəylik nə olduğunu anlamır. Sovet dövründə bir lətifə var idi. Demək, bir gürcünü partiyaya qəbul etmək istəyirlər, ancaq nə sual verirlərsə, cavab verə bilmir. Axırda deyirlər heç olmasa proletar həmrəylik nədir bilirsən? Cavab verir ki, bilirəm. Gürcülər, azərbaycanlılar və ruslar yığışıb erməniləri döyürlər. Bu da olur proletar həmrəylik. Bir problem olur camaat küçələrə çıxmır. Deyirsən indi bayramda küçəyə çıxsınlar?

- Ölkə müxalifətinin hazırkı durumunu necə dəyərləndirirsiniz?

- Müxalifət deyəndə kimi nəzərdə tutursunuz?

- Müxalif partiyaları.

- Biri var, Sosial Demokratlar Partiyası. Biz başımızı aşağı salıb, öz işimizi görürük, təbliğatlarımızı aparırıq. Radikal müxalifət isə artıq rəhmətə gedib. Allah onlara rəhmət eləsin. Bir dənə qalıb ki, onu kim quyulayacaq yerə.

- Bu ay Riqada "Şərq tərəfdaşlığı" sammiti keçiriləcək. Bunun Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Bizim üçün bunların heç bir əhəmiyyəti yoxdur. Biz peşəkar ordu yaradıb, heç kimə fikir vermədən Qarabağı azad etməliyik. Sonra da bunlar harada istəyirlər yığışıb bizi müzakirə edərlər. Əsas odur ki, torpağımızı qaytaraq. Qalibləri mühakimə etmirlər. Hər yerindən duran deyir ki, güzəştə gedək. Nəyi güzəştə getməliyik.

- Con Kerrinin planları barəsində yayılan məlumatdan görünür ki, Azərbaycana ciddi təzyiqlər edirlər. Sizcə Con Kerrinin kabinetində cızılan planların real təsiri nə olacaq?

- Heç nə olan deyil. Kerri ciddi siyasətçidir ki? Nə olsun ki, vəzifəsi var. O qədər vəzifədə olan qeyri-ciddi adamlar var. Bu baxımdan mən hesab edirəm ki, Azərbaycana heç nə edə bilməyəcəklər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net