Etibar Məmmədov siyasətə "Patriot"un qurultayı ilə dönür
Tarix: 27-04-2015, 12:00 |
Çap et
Vertikal.az xəbər verir ki, AMIP lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Məmmədov aprelin 25-26 da Kiyevdə Ukrayna “Partiot” partiyasının qurultayında iştirak edib. Qurultayda Etibar Məmmədov təbrik çıxışı edib. O çıxışında Bildirmişdir ki, Milli tarixi və əxlaqi dəyərlərdən yayınmaq bir çox dövlətlərin, millətlərin zəifləməsinə, müstəqilliyinin itirilməsinə , qardaş qırğını ilə müşahidə olunan müharibələrə gətirib çıxardıbr. Effektli dəyişiklilkər etmək üçün partiyanın hər bir üzvünün patriot olması vacibdir. Yalnız Ukraynanın əsil Patrotları hər bir əzaba dözüb ölkənizi bu günkü çətin vəziyyətdən çıxarda bilərlər. Siz həqiqətən də bu istiqamətdə doğru yol tutan partiyasınız və düz düşünürsünüz ki ,Ukrayna özünün tarixi kökləri, qədim adət ənənələri olan bir Avropa dövlətidir. Bu qurultayda iştirak edərək əmin oldum ki, bu zalda həm adına, həm də mahiyyətinə görə Ukraynanın əsil patriotları cəmləşiblər və icazə verin partiyanızın həyatında əlamətdar hadisə olan qurultayınızın keçirilmiəsi münasibəti ilə sizləri təbrik edim və partiyanın sədrinə , bütün üzvlərinə qarşılarına qoyduqları məqsədlərinə çatmaqda uğurlar arzulayıram.
Patrot partiyasının sədri Mikola Yaroslavoviç Qolomşa təbrikə görə E. Məmmədova təşəkkür edərək bildirdi ki , partiyalarımız arasında istər ikitərəfli, itərsə də gələcəkdə Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığımız davam edəcək.
E.Məmmədovu Kiyev səfərində AMİP beynəlxalq əlaqələr katibi Elşən Mustafayev müşayət edib.