“Erməniləri ruslar qızışdırıb öz ölkəsinə qarşı müharibəyə təhrik etmişdi”
Tarix: 27-04-2015, 10:36 | Çap et
“Erməniləri ruslar qızışdırıb öz ölkəsinə qarşı müharibəyə təhrik etmişdi”
Erməni yalanlarının 100 illik yubileyi də arxada qaldı. Bu informasiya savaşında Türkiyə uddu, yoxsa Ermənistan? Yaxud udan tərəf kimlər oldu? Ollandın və Putinin səfərlərindən sonra onların həmsədrlikdə qalmağa mənəvi haqları varmı? 2 il öncə BMT-də Azərbaycanın ərazi bütövlüyü səsverməyə çıxarılanda bu iki dövlət vasitəçi olduqlarını qabardaraq səsvermədə bizi dəstəkləməyib bitərəf qalmaqla beynəlxalq hüquqa tüpürdülər, indi isə təkrarən eyni davranışı sərgilədilər.

Eks - spiker Rəsul Quliyev Moderator.az-ın bu yanaşmasına aşağıdakı rəyi bildirib:

"Siz baş vermiş bu hadisələrə millətçilik hissilərinin təsiri altında bir qədər bəsit analiz verirsiniz. Sözsüz, ermənilər bir daha dünyanın diqqətini özünə cəlb etmək məqsədinə nail oldu. Türkiyə həmişəki kimi aqressiv bəyanatları ilə uduzdu. Türkiyənin bu məsələdə özünü sakit və neytral aparması onun nüfuzunu daha artırardı, nəinki məsələdə maraqlı tərəf olmasını göstərməyi. Fransa prezidentinin ürəyindən ikinci dəfə prezident olmaq keçir. Fikirimcə bu mümkün olmayacaq, çünki onun apardığı daxili siyasət fransızların xoşuna gəlmir. Ancaq bu arzusunda israrlı olan Oland ölkəsində olan güclü erməni lobbisindən yararlanmaq üçün özünü Ermənistanın dostu kimi göstərmək istəyir. Onun səfərinin izahı budur, elə bir pərdəaltı və ya strateji məqsəd yoxdur. Rusiyanın prezidenti Ermənistana finans köməyindən başqa ölkənin Avroasiya İttifaqına daxil olması münasibətilə bu səfəri onlara hədiyə kimi bəxş edir. Həmin 1915-ci ildəki erməni qırğınının əsas səbəkarı Rus imperiyasıdır. Erməniləri ruslar qızışdırıb öz ölkəsinə qarşı (Osmanlı imperiyasına qarşı) müharibəyə təhrik etmişdi. Əslində həm onun, həm də prezident Olandın Ermənistana getməsi Türkiyəni qıcıqlandırmamalıdır. Çünki hər iki ölkə erməni genosidini rəsmi dövlət səviyyəsində artıq çoxdan qəbul ediblər.
BMT-də lehinə, əleyhinə və ya bitərəf səs verməyin beynəlxalq hüquqa tüpürməklə nə əlaqəsi ola bilər? Səs vermənin yeganə qaydası bu 3 təklifdən birinə münasibət bildirməkdir, bu da əsas beynəlxalq normadır. Onların səmimi olmaması, öz maraqlarını beynəlxalq normalardan üstün tutması barədə fikir söyləmək olar, vəssəlam. Həmsədrlik məsələsinə gəldikdə isə, onlar çıxarsa hansı dövlətlər həmsədr ola bilər məsələsini düşünmək lazımdır. Rusiyasız həmsədrlik institutu ümumiyyətlə ləğv olunmalıdır. Fransızlara gəldikdə onlar Avropada Ermənistana təsir edə biləcək yeganə ölkədir və elə bu səbəbdən onlar həmsədrlərdən biridirlər. ABŞ sözsüz RF-na təsir edə bilməz, ancaq Fransanı onun siasətini dəstəkləməyə məcbur edə bilər. ABŞ rəsmi erməni genosidi demir, baxmayaraq ki, hamısı rəsmi genosidi qəbul edib. Çünki ABŞ orta şərqdəki siyasətində Türkiyədən istifadə edib və gələcəkdə də istifadə etmək fikirindədir. Ərdoğan ABŞ-a qarşı tənqidi ritorikalarını davam etdirsə, ABŞ-da gələcəkdə ola bilsin ki, genosidi rəsmi qəbul edəcək".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net