DAK Qurultay üçün kimləri seçdi?
Tarix: 17-04-2015, 13:13 | Çap et
DAK Qurultay üçün kimləri seçdi?
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, partiyanın hazırkı başqanı Arif Hacılı və Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Türkiyəyə səfərə gedib.

VHP-dən Hafta.az-a verilən məlumata görə, səfəri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı təşkil edib. Onların Türkiyəyə getməsinin məqsədi isə aprelin 18-19-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) Türkiyənin İstanbul şəhərində keçiriləcək XIII qurultayında qonaq qismində iştirak etməkdir.

Qeyd edək ki, səfərdə yuxarıda adlarını sadaladığımız şəxslərlə bərabər, VHP nümayəndəliyi, Nida Vətəndaş Hərəkatının üzvləri olan Məcid Mərcanlı və Ülvi Həsənli də iştirak edir. Sadaladığımız şəxslərdən başqa digər müxalifət nümayəndələri və eləcə də media səfərdə iştirak etmir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net