Sərdar Cəlaloğlunun qardaşı oğlunun evinə BASQIN EDİLDİ
Tarix: 7-03-2018, 07:24 | Çap et
Sərdar Cəlaloğlunun qardaşı oğlunun evinə BASQIN EDİLDİ
Dünən axşam 17:30 radələrində vətəndaş Məmmədov Altay Süleyman oğlunun evinə, əvvəlcədən əlbir olmuş bir qrup tərəfindən silahlı hücum edilib. Bu barədə Altun.az saytına vətəndaş A.Məmmədov müraciət edib.

Müraciətdə bildirilir: “2017-ci ilin dekabrından başlanan mübahisənin qarşısını bu günə qədər alan “tapılmır”. Bildirim ki, Suraxanı rayon Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində yerləşən, bir sot torpağın içində, ümumi sahəsi 40 kv.m olan 2 otaqlı evi Aslanov Təbib Həbib oğlundan, ilkin ödəniş 4000 manat, qalanın ayda 300 AZN ödəmə şərti ilə, 20000 (iyirmi min) AZN-ə almışam. İki aydan sonra 20 kv.m-lik bir otaq tikib, həyətimi daş hasara almışam. Noyabr ayında, 4900 AZN ödədikdən sonra, aydın olub ki, qarşı tərəf mənim evimi digər şəxsə, məndən xəbərsiz, 30000 (otuz min) AZN-ə satıb. Keçən ilin dekabrından zor gücünə, çəkmiş olduğum ödəniş və xərclərimi ödəmədən, yurdumdan çıxarmaq üçün başıma açmadıqları oyun qalmayıb. Gah evimi daşlayıblar, gah ailə uşağımı nalayiq ifadələrlə təhqir ediblər. Hətta 24.01.2018-ci il tarixdə gecə 23.30 radələrində evimin arxa divarını uçurmağa belə cəhd ediblər. DİN-in 102 xidmətinə müraciətlərim və Suraxanı rayon 31-ci polis bölməsindəki qeyd və təhqiqatlar söylədiklərimin əyani təsdiqidir.

13.02.2018-ci il tarixdə T.Aslanov Suraxanı rayon məhkəməsinə, mənim evdən çıxarılmağım tələbi ilə iddia ərizəsi verib. 05.03.2018-ci il tarixdə tanışlıq iclasında iddiaya baxış 19.03.2018- ci il tarixə təyin edilib. Dünən məhkəmədən çıxdıqdan sonra, hüquq, qanun, dövlətçilik nədir qəbul etmək istəməyən bu adamlar evimin kamunal (qaz, su, işıq) xətlərini kəsiblər. Bundan öncə də bir neçə dəfə Təbib və onun qayınları Muşviq və Cahid evimin kommunal xətlərini kəsib, 09.02 və 16.02-2018-ci il tarixdə Azərişığın nümayəndələrini, sahə müvəkkilinin və post patrul əməkdaşlarının gözü qarşısında, zor tətbiq edərək vəzifələrini icra etməyə qoymayıblar. Polis əməkdaşlarının yanında qışqıraraq; “..Bunlar Sərdar Cəlal oğlunun qardaşı və qardaşı oğludur, dövlət əlehinə gedən adamlardır, onlar burda yaşaya bilməzlər, qoymarıq!..” deyib, heç kimi yaxına buraxmayıblar”.
“Burda bizik Bağdatda kor xəlifə” misalı, 05.03.2018-ci il tarixdə baş tutan məhkəmənin tanışlıq iclasından sonra, axşam üstü saat 17:30 radələrində Təbib qayınları Muşviq, Cahid və Cahidin oğlu, bacıları Nailə, Arzu və Cahid və Muşviqin həyat yoldaşları evə guppan (kuvalt), balta və çəkiclə silahlı hücum ediblər. İlkin olaraq, Muşviq, Cahid və Cahidin oğlu, A.Məmmədovun evinə basqın təşkil etmək məqsədi ilə, divarı uçurmağa cəhd etsələr də buna nail olmamış, daha sonra isə həyətin darvaza qapısını küçə tərəfdən, balta ilə iki hissəyə bölərək dəstəyi sındırmaqla qadınları həyətə buraxıb, basqını təşkil edib özləri aradan çıxmışlar. Həmin vaxt isə A.Məmmədov evdə 10 yaşlı oğlu və hamilə, eyni zamanda da asma xəstəsi olan həyat yoldaşı ilə müdafiə olunmaq üçün qapını bağlayıb, DİN-in 102 xidməti və ərazinin sahə müvəkkili olan Elvin Cəfərovdan yardım istəyib. Təəssüf ki, polis əməkdaşları hadisə yerinə gəlib çatanadək azğınlaşmış bu qrup, nalayiq ifadələrlə, evin qapı dəstəyini zorla aça bilmədikləri üçün pəncərəni sındıraraq, evə baltalı-çəkicli girməyə cəhd ediblər. Ailəsinin həyatının təhlükə altında olduğunu nəzərə alan A.Məmmədov evinin qapısını açıb, azğınlaşmış bu qadınları həyətdən çıxarmağa çalışıb. Bu zaman Nailə əlindəki balta ilə A.Məmmədova qolundan zərbə endirib. Daha sonra Altay digər qadınları da həyətdən çıxarmağa cəhd etdiyi zaman, Arzu adlı qadın A.Məmmədovun hamilə həyat yoldaşının qollarından tutaraq divara çırpıb, Nailəyə isə; “qarnından vur uşağı ölsün, bu evdən ölüləri çıxsın”-deyərək, bədəninin müxtəlif nahiyələrinə ağır zərbələr endiriblər.

“Evimə basqın olunan zaman Cahidin oğlu darvaza qapısından hadisələri müşahidə edirdi. Mən polisin gec gəldiyini, bir az da bu cür davam edəcəyi təqdirdə həyat yoldaşımın və onun bətnindəki körpəmizin geriyə dönüşü olmayan zərər ala biləcəyini nəzərə alıb, Nailə ilə Arzunun qollarından tutub, yoldaşımı onların əlindən alıb, onları çətinliklə də olsa, evimdən çıxarmağa nail olmuşam..” – deyə Altay Məmmədov bildirib.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net