Azərbaycanda deputat qondarma erməni soyqırımı gününə toy təyin etdi
Tarix: 15-04-2015, 10:27 |
Çap et
Milli Dircəliş Hərakatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin oğlunun toyu olacaq. Vertikal.az xəbər verir ki, deputat oğlu Nikbin Quliyevin toy mərasimini 24 aprel- ermənilərin qondarma soyqırımı gününə salıb.
“Xudafərin” şadlıq sarayında keçiriləcək toya deputatlar, ictimai siyasi xadimlər dəvət olunub.
Millət vəkili Fərəc Quliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, toy günü üçün 24 aprel tarixini seçməsi təsadüfi deyil: “Mən bu tarixi bilərəkdən seçmişəm. Toy dəvətnamələrinin də üzərinə yazdırmışam ki, düşmənlərimiz nə qədər zəif düşsə, biz həmin günləri qeyd etməliyik. Hər məsələyə siyasi ritorika verməyi bacarmalıyıq”.