"İndi oğul istəyirəm ki, bu sorğudan yol alaraq xarakterimizin tablosunu çəksin"
Tarix: 14-04-2015, 09:10 |
Çap et
Millət vəkili Fazil Mustafa Facebook statusunda maraqlı bir sorğunun nəticələrinə toxunub.
Vertikal.az həmin statusu təqdim edir:
"Nüfuzlu Gallup Beynəlxalq Tədqiqat Mərkəzi (WIN-Gallup International Association) ictimai rəy üzrə qlobal sorğunun nəticələrini açıqlayıb. Hər bir ölkədən sorğuda min nəfər iştirak edib. Sosioloqlar sorğuda iştirak edənlərdən onların dindar olub-olmamalarını soruşub. Sorğunun nəticələrinə əsasən, Azərbaycanda respondentlərin 34%-i özlərini inanclı hesab edib. 54%-i isə özlərini inanclı hesab etmirlər, 0% özlərini tam ateist hesab edib, 13% isə cavab verməkdə çətinlik çəkib.
İnanclı insanlar daha çox Qana (əhalinin 96%-i), Nigeriya (93%), Ermənistan (92%), Fici (92%), Makedoniya (90%), Rumıniya (89%), İraq (88%), Keniya (88%), Peru (86%), Braziliya (86%), Gürcüstan (84%), Pakistan (83%), Moldova (83%) və Kolumbiyada (83%) yaşayırlar. Sorğuda ümumilikdə 57 ölkədən 52 min insan iştirak edib.
Bu informasiyadan dörd nəticə çıxarmaq olar: 1) ermənilər və gürcülər azərbaycanlılardan ən azı iki yarım qat daha inanclıdırlar. 2) 34 faiz inanclı insanın müşahidəmə görə ən yaxşı halda yarıdan çoxu uydurulmuş dini, qalanları isə endirilmiş dini yaşayırlar. 3) maraqlıdır ki, kimsə özünü ateist də hesab etmir, eyni zamanda inancsız hesab edir: yəni haça-paça vəziyyətdə. 4) 13 faiz də cavab verməkdə çətinlik çəkib: yəni hələ axtarışdadırlar ki, Allah var, ya yox.
İndi oğul istəyirəm ki, bu sorğudan yol alaraq xarakterimizin tablosunu çəksin."