"Kim bu başından böyük qələti edib?..." -Millət vəkili
Tarix: 9-02-2016, 09:14 |
Çap et
"Demək bu günlərdə Tükiyədə Dünya Turizm Forumu çərcivəsində keçirilən toplantıda Azərbaycan, Makedoniya, Qana və Türkiyənin mədəniyyət nazirləri yer alıb. Onların arxa fonunda ölkələrinin bayrağı əks edilən xəritələri yerləşdirilib. Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin arxa fonundakı Azərbaycan xəritəsində işğal altındakı Dağlıq Qarabağ göstərilməyib. Bu qədər bağışlanmaz bir hadisə yaradılıb, Türkiyənin Azərbaycandakı səfirliyinin verdiyi cavab məni xeyli təəccübləndirdi: “Dağlıq Qarabağ məsələsində Türkiyə hökümətinin mövqeyi dəyişməz olaraq qalır. Türkiyə hər zaman Azərbaycanın yanındadır”. Buna bənzər deyimləri biz Azərbaycanda arasıra eşidirik: "Mən sizi əmin edirəm ki, Bakı Azərbaycanın paytaxtıdır." İndi səfirliyin izahı olmadan da Azərbaycanda hər kəs bilir ki, Türkiyə bizim qardaş dövlətimizdir, Türkiyənin mövqeyi dəyişməyib və Azərbaycanın yanındadır. Məncə həm bizim Türkiyədəki səfirliyimiz, həm də Türkiyənin Azərbaycandakı səfirliyi araşdırıb müəyyən etməliydi ki, kim bu başından böyük qələti edib? Kim Dağlıq Qarabağı Azərbaycan xəritəsindən çıxarıb? Niyə Azərbaycanın mədəniyyət naziri xəritəni qoparıb tədbirin təşkilatçısının başına tolazlamayıb? Anlayırıq ki, niyəsə bizdə bəzi dövlət təmsilçiləri beş addım irəlini görə bilmirlər, indi məlum olur ki, heç öz arxalarını da görə bilmirlər. Anlayırıq ki, Türkiyədəki səfirliyimizin belə həssas məsələlərə qarşı immuniteti zəifdir, bəs niyə köməkçidən-zaddan birisi naziri xəbərdar etmir ki, belə bir ciddi qələt baş verib, çıxışını dayandır və dərhal bunun düzəldilməsini tələb et! İşimizə baxın, gör nəyin əlifbasını öyrətməyə vaxtımızı sərf edirik."
Fazil Mustafa, millət vəkili