VHP Bərdədə Rəsulzadə ilə bağlı tədbir keçirdi
Tarix: 25-01-2016, 13:00 | Çap et
VHP Bərdədə Rəsulzadə ilə bağlı tədbir keçirdi
Yanvarın 31-də böyük öndər Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 132-ci ildönümü tamam olur.

Bu münasibətlə Vətəndaş Həmrəyliyi Partiyası artıq silsilə tədbirlərə start verib. Partiyanın rayon təşkilatlarında keçiriləcək tədbirlər Bərdədən başlayıb.

Bu gün VHP-nin Bərdə rayon təşkilatı məclisi M.Ə.Rəsulzadənin anadan olmasının 132-ci ili ilə bağlı toplantı keçirib. Rayon təşkilatının sədri Rövşən Cabbarov çıxışında Rəsulzadənin həyat və yaradıcılığı, siyasi və dövlətçilik fəaliyyəti barədə məruzə edib. Bildirib ki, Şərqdə ilk cümhuriyyət quruculuğu ilə Rəsulzadə və tərəfdarları yeni məfkurənin, idarəçiliyin əsasını qoydular:

“Azərbaycan Xalq Cümhuriyyəti demokratiya və azad, demokratik idarəçiliyin ilk nümunəsi idi. Rəsulzadə bütün ömrünü və həyatını millətinə və dövlətinə fəda etmiş şəxsdir. Mühacirətdə olduğu müddətdə də Azərbaycan davasından vaz keçməyib. Biz çox xoşbəxt xalqıq ki, Rəsulzadə kimi öndərimiz var. Biz bu gün də onun dövlətçilik məfkirəsi ilə getməliyik. Bu gün VHP-də onun əsasını qoyduğu milli təsanüd nəzəriyyəsinə əsaslanır”.

R.Cabbarov çıxışının sonunda rayon təşkilatının fəaliyyəti və konfrans hazırlıqlarından danışıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net