“Qarabağ” bloku buraxılıb
Tarix: 5-01-2016, 11:47 |
Çap et
Azərbaycan Demokrat Partiyası (ADP) və Ümid Partiyasının təmsil olunduğu “Qarabağ” siyasi blokunun fəaliyyətinə xitam verilib.
Bu barədə APA-ya ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. O bildirib ki, faktiki olaraq “Qarabağ” bloku yoxdur və Ümid Partiyası ilə yenidən hər hansı blokun yaradılması da müzakirə olunmur: “O vaxtı Ümid Partiyasını bəzi müxalifət partiyaları bir növ təkləmək istəyirdilər və müxtəlif təzyiqlər göstərirdilər. ADP olaraq biz bunun müxalifətin maraqlarına zidd olduğunu düşündük və Ümid Partiyası ilə əməkdaşlıq edərək, blok təsis etdik. Amma müəyyən müddət keçdikdən sonra parlament seçkilərində Ümid Partiyası bizdən kənar “125-lər” blokunu yaratdı və seçkiyə bu blokla qatıldı. Bu blok yaratdıqdan sonra bizə aydın oldu ki, Ümid Partiyası artıq siyasi arenada öz yerini tutub və hətta özü blok da yaradır. Bu baxımdan artıq əvvəlki şərtlər aradan qalxdığına görə, bizim Ümid Partiyası ilə birlikdə bir blokda olmağımıza heç bir ehtiyac qalmayıb”.
S. Cəlaloğlu bu barədə Ümid Partiyasının sədri İqbal Ağazadə ilə razılaşdığını da qeyd edib.