“Hökumət təcili tədbirlər görməlidir”
Tarix: 22-12-2015, 12:14 | Çap et
“Hökumət təcili tədbirlər görməlidir”
Azərbaycan manatının məzənnəsi dollar və avro qarşısında 50 faiz ucuzlaşdı.

Məsələ ilə bağlı Modern.az saytı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun da fikirlərini öyrənib.
AMİP liderinin sözlərinə görə hökumət bu sahədə tədbirlər görməlidir.

“Hökumət müvafiq tədbirlər görməsə, vəziyyət ağırlaşmaqda davam edəcək”.

Həmçinin, Etibar Məmmədov manatın 50 faiz ucuzlaşması nəticəsində cəmiyyətdə yaranan çaşqınlığa da aydınlıq gətirib.

“Çaşqınlıq olacaq. Çünki Hər şey idxal üzərində qurulub. Azərbaycan ilkin tələbat malları ilə özünü təmin edə bilmir. Ona görə də manatın dəyərdən düşməsi birbaşa qiymətlərə təsir göstərəcək.

Buna görə də hökumət təcili tədbirlər görməlidir. Manatın dəyərini devalvasiya etməklə iş bitmir”.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net