“Vurğun Əyyubun Müsavat adından seçkilərdə iştirakında Məclis maraqlı olmalıdır”
Tarix: 7-04-2015, 12:00 | Çap et
“Vurğun Əyyubun Müsavat adından seçkilərdə iştirakında Məclis maraqlı olmalıdır”
“Müsavatçı artıq Müsavat Partiyasının üzvü olanda üzərinə öhdəlik götürüb. Mənim indi kiminsə qarşısında öhdəlik götürmək, kiməsə müraciət etmək niyyətim yoxdur”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədr müavini Vurğun Əyyub deyib.

V. Əyyub bildirib ki, partiya qarşısında öhdəlik götürməyəcəyi təqdirdə, deputatlığa namizədliyinin təsdiq olunmaması Məclisin problemi olacaq: “Məclis maraqlı olmalıdır ki, Vurğun Əyyub Müsavat adından seçkilərdə iştirak etsin. Bunlar məni maraqlandırmır. Heç bir ərizə yazmayacağam. Nə istəyirlərsə, edə bilərlər”.

Xatırladaq ki, Müsavat Partiyası Məclisinin aprelin 4-də keçirilən iclasında deputatlığa namizəd olmaq istəyən şəxslərin partiya başqanının adına ərizə yazması, partiya qarşısında öhdəlik götürməsini əks etdirən təlimat qəbul olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net