Lerik Maliyyə İdarəsinin rəisi Elman Abbasov necə maxinasiyalar edir?
Tarix: 9-03-2015, 14:49 | Çap et
Lerik Maliyyə İdarəsinin rəisi Elman Abbasov necə maxinasiyalar edir?
Redaksiyamıza yeni daxil olan məlumatlarda Lerik rayonu Maliyyə İdarəsinin işində müşahidə olunan müxtəlif qanun pozuntularından bəhs olunur. Mənbələrin iddialarına görə əgər son bir neçə ildə rayona ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsi xüsusunda ölkənin Maliyyə Nazirliyi tərəfindən müvafiq yoxlama keçirilərsə, bu zaman külli-miqdarda vəsaitlərin mənimsənilməsi halları aşkar olunar. Məlumatlarda xüsusilə vurğulanır ki, Lerik Rayon İcra Hakimiyyətinin inzibati ərazi vahidləri üzrə nümayəndəliklərində bu kimi mənimsəmə hallarına daha çox rast gəlinir. Digər tərəfdən də yerli mənbələr rayonun Maliyyə İdarəsinin rəisi Elman Abbasovun “DİCO” MMC şirkətinin rəhbəri ilə əlbir olaraq, Lerikdə həyata keçirilən bütün maliyyə maxinasiyalarının bilavasitə başında durduğunu iddia edirlər.Qeyd etmək lazımdır ki, ümumiyyətlə respublikanmızın şəhər və rayonlarında fəaliyyət göstərən bəzi Maliyyə idarələrinin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, törədilən müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallarla bağlı mövzular mətbuat səhifələrində bu gün də öz aktuallığını saxlayır. Qəzetimizin ötən saylarında biz də dəfələrlə bu mövzuya müraciət etmişik. Redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış materiallarda bir neçə maliyyə idarəsinin fəaliyyətindəki cddi nöqsanlar öz əksini tapmışdı. Bu gün isə yeni aldığımız məlumatlarda eyni problemin Lerik rayonunda da mövcud olduğu iddia olunur. Bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitləri heç də ünvanyönlü xərclənmir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində “Dövlət büdcəsi haqqında” qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Lerik rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Lerik rayonu Maliyyə İdarəsinə rəhbərlik edən Elman Abbasov isə özünü sözün əsil mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hiss edir. Qeyd etmək lazımdır ki, daxil olan məlumatlarda E.Abbasovun rayonun dövlət idarələrində rəhbər vəzifələrdə çalışan bəzi məmurlarla əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi maxinasiyalara dair də maraqlı açıqlamalar təqdim olunur. Həm də bu maxinasiyaların reallaşdırılması əksər hallarda məhz “DİCO” MMC şirkəti vasitəsilə həyata keçirilir. Mraqlıdır ki, mənbələrin iddiasına görə bu şirkətin yeganə əməkdaşı elə MMC-nin direktoru Fəxrəddin Əliyev özüdür. Buna baxmayaraq Lerik rayonunda elan olunan tender və kotirovka sorğularını daha çox “udan” şirkət də məhz “DİCO” MMC-dir. Yəqin ki, bu şirkətin bizə məlum olmayan bir çox məziyyətlərindən maliyyə rəisi Elman Abbasovun xəbəri var. Axı təkliflərin qiymətləndirilməsində üstünlük verilən meyarlar sırasında aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəs kimi kriterilərlə yanaşı, iddiaçı şirkətin maliyyə imkanları da nəzərə alınır. Bundan isə maliyyə rəisinin mütləq xəbəri olmalıdır. Həm də iddiaçıların tenderdə iştirak etmək üçün təqdim etməli olduğu sənədlər sırasında son bir ildəki fəaliyyəti haqqında təsdiqlənmiş maliyyə hesabatının surəti də və bu barədə bank arayışı da olmalıdır. Həm də bu bir nəfərdən ibarət şirkət olduqca müxtəlif sahələrdə “səmərəli” fəaliyyəti ilə diqqəti cəlb edir. Belə ki, bir müdət əvvəl bu şirkətin hesabına Nüvədi kəndindəki uşaq bağçası üçün ərzaq məhsulunun alınmasına 10 min manat, Osyodərə kənd icra nümayəndəliyinə dəftərxana ləvazimatları alınması üçün 5 min manat, rayonda aparılacaq abadlaşdırma işlərinə görə 9 min manat köçürülüb. Bu siyahını hələ çox uzatmaq olar. Lakin bunsuz da məlumdur ki, bütün bu işlərin bir nəfər tərəfindən həyata keçirilməsi absurd bir iddiadır. Hələ biz onu demirik ki, qeyd olunan bu rəqəmlər sənədlərdə göstərilən tələblərin ödənilməsi üçün lazım olduğundan qat-qat artıqdır.

Mövzuya qayıdacağıq və yazıda adı keçən bütün tərəflərin mövqeyini də eşitməyə hazırıq.
vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net