Azərbaycan Xalq Cümhuriyyətinin qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib. Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 104 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub. AXC qısa ömründə böyük nailiyyətlər əldə edib. Azərbaycan Xalq Cumhuriyyətinin qurucularının xatirəsini hörmətlə anırıq. Cəmi 23 ay yaşayan AXC 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində devrilib. Lakin qeyd etməliyik ki, erməni nümayəndələri İrəvanın paytaxt edilməsi üçün Azərbaycan hökumətinə müraciət etmiş, 1918-ci il 29 may tarixində gərgin müzakirələrdən sonra Milli Şura İrəvan şəhərini ermənilərə güzəştə getmişdilər. İrəvan bu şərtlə ermənilərə güzəşt edildi ki, onlar Qarabağın dağlıq hissəsinə olan iddialarından əl çəksinlər. Amma mənfur ermənilər nə Dağlıq Qarabağa, nə də Zəngəzura olan iddialarından əl çəkmədilər. Bu fakt sonrakı faciələrimizin başlangıcı oldu. Şərqi Zəngəzur, Qarabağ işğallara məruz qaldı. Xalqımız böyük faciələrlə üzləşdi. Sovet Rusiyasının ərazilərimizə olan qəsdləri daha mütəşəkkil hal aldı. Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistan ərazisinə birləşdirdilər. 1923-cü ildə isə “Dağlıq Qarabağ Muxtar Vilayəti “ yaradıldı. O vaxtki hakimiyyət bu proseslərin qarşısını ala bilmədi. Ərazi bütövlüyümüzə olunmuş qəsdlər gələcək nəsillərə miras olaraq ötürüldü. Bu problemlərin fonunda Azərbaycan müstəqilliyini bir də 71 il sonra — 1991-ci ildə bərpa edə bildi! Lakin elan edilmiş müstəqilliyi hələ qorumaq da lazımdır! Dövlətçiliyimizin və müstəqilliyimizin qorunması Ulu Öndər Heydər Əliyevi xalq dəstəyi ilə 1993-cü ildə hakimiyyətə dəvət etməsi təmin edildi. Və bununla xalqımız layiq olduğu inkişafa qədəm qoydu.
Bu gün Azərbaycan inkişaf edir, dünya arenasında öz mövqeyini müdafiə edir. Həm xarici həm də daxili siyasət sahəsində uğurlu addımlar atır. Bu məsələdə Cənab İlham Əliyev əsas olaraq xalqımızın mənafeyini əsas amil hesab edir. Düşünürəm ki, müstəqilliyin əsas göstəricisi məhz bu amildir. Hazırda Azərbaycan iqtisadi inkişaf tempinə görə qabaqcıl ölkələri sırasındadır. Güclü və müstəqil iqtisadiyyat həm də güclü ordu deməkdir. Çünki dünyada gedən proseslər göstərir ki, güc aparıcı amildir. Buna görə Azərbaycan haqlı olaraq hərbi gücünü artırır, yeni kadrların yetişdirilməsinə və yeni nəsil silahların alınmasına xüsusi diqqət yetirir. Bu dövlət olaraq bizim ən təbii haqqımızdır, çünki biz özümüzü müdafiə etmək gücündə olmalıyıq. Eyni zamanda Azərbaycanda yardılmış sabitlik və tolerantlıq mühiti müxtəlif dinlərin və xalqların birgə firavan yaşayışını təmin edir.
44 günlük Vətən müharibəsində bu birliyin ən gözəl təzahürünün şahidi olduq. Xalq öz Müzəffər Ali Baş Komandanı İlham Əliyev ətrafında birləşərək zəfər sevincini bizlərə yaşatmış oldular. Müharibədən sonrakı dövrə diktə edən tərəf bizik. Bu bizim haqlı olduğumuzun göstəricisidir. Dağlıq Qarabağ deyilən bir münaqişə artıq tarixin keçmiş səhifələrində qalıb. Minsk qrupu oz işini başa vurub. Hazırda qarşıda duran əsas məsələ sərhərlərimizin delimitasiyası, sülh müqaviləsini bağlanması və Zəngəzur dəhlizinin açılması məsələsidir. Sülh müqaviləsi əsas şərtdir, çünki sülh müqaviləsi ölkələrin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması deməkdir və ermənilər bundan boyun qaçırmağa can atırlar. Azərbaycan tərəfindən irəli sürülmüş 5 prinsip sülh müqaviləsinin əsasını təşkil etməlidir. Ərazi bütövlüyü tanınılmalı, sərhədlər müəyyən olunmalı, hər kəs öz ölkəsində yaşamalı və bir-birinin işinə qarışmamalıdır. Bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır. Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib.
Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Ermənilərin Azərbaycana yəni Qarabağ ərazisinə köçürülməsi 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələri ilə həyata keçirilmişdi bu danılmaz tarixi faktdır və hər kəs bunu yaxşı bilir. Bütün bunlardan sonra ermənilərin ərazi iddiaları irəli sürməsi olduqca gülünc məsələ idi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi və mənfur düşmənə göz dağı verdi.
Biz müzəffər ordunun və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ətrafında sıx birləşmişik. Həm torpaqlarımızı azad etdik, həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. Növbəti mərhələdə dağıdılmış ərazilərimizi bərpa edib, tarixi torpaqlarımıza qayıtmaqdır. “Böyük qayıdış” dediyimiz bu məsələyə artıq start verilib.
Böyük Qayıdışın ilk addımları olan Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərinin ərazilərində salınacaq «ağıllı kənd» layihəsinin maketi ilə tanışlıq hər bir azərbaycanlının qəlbində fərəh hissi yaradır.
Ən inkişaf etmiş ölkələrdə mövcud olan bu cür müasir, şəhər tipli kəndin Azərbaycanda yaradılması bir neçə baxımdan əhəmiyyətlidir. Erməni vandallarının viran qoyduqları Zəngilan rayonu ərazisində, xeyli vəsaitin tələb olunduğu belə müasir kəndin salınması ilk növbədə Azərbaycanın iqtisadi güdrətinin, gücünün göstəricisidir. Bəlkə də heç inkişaf etmiş ölkələrdə belə rast gəlinməyən «möcüzənin» ölkəmizdə reallaşdırılması xalqımızın 30 illik yurd həsrətinə 44 gün davam edən İkinci Qarabağ müharibəsini Zəfərlə başa çatdırmaqla son qoyan, torpaqlarımızı işğaldan azad edən Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkə əhalisinə növbəti töhfəsidir. İndi 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 30 ildən artıq Ermənistanın işğalı altında qalan rayonlarımızın azad olunması ölkəmizdə aqrar sahənin inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalına yeni imkanlar yaradacaq. İşğaldan azad olunmuş torpaqlarımızda kənd təsərrüfatının, xüsusilə heyvandarlığın dirçəldilməsi daxili bazarlarımızda bolluq yaradacaq.
Prezident cənab İlham Əliyevin” Biz müharibədən bir neçə ay keçəndən sonra artıq bu işlərə də start verdik. İnfrastruktur işləri öz qaydasında davam edir” sözləri coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşən Zəngilanın iqtisadi əhəmiyyətini daha da artırır. Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirən Naxçıvana dəmir və avtomobil yollarının açılacağı gün də uzaqda deyil. Gənclərimiz bu prosesləri böyük maraqla izləyir. Onlar öz dədə-baba torpaqlarına qayıtmağa böyük həvəs göstərirlər. Ancaq insanların qayıdışı üçün bütün şərait yaradılmalıdır.Bildiyimiz kimi məfur düşmən ərazilərimizdə minalar basdırmışlar. Hazırda minatəmizləmə işi davam etməkdədir.
Artıq bu gün bir güclü Azərbaycan var ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyünü bərqərar etdi və bu gün belə nəhəng layihələr həyata keçirərək azad edilmiş torpaqları çiçəklənən bir diyara çevrilməsi istiqamətində qətiyyətli və sürətli işlər aparır. Artıq Böyük Qayıdış başlayıb. Artıq doğma Qarabağda infrastruktur formalaşır. Bütün işlər sürətlə gedir. Mərhələ-mərhələ bütün hədəflərimizə çatırıq. İndi Azərbaycanımız artıq bölgənin lider dövlətidir.
Cənab Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətdəki uğurları ölkəmizin nüfuzunu birə-beş artırıb. Vətən müharibəsindəki qələbəmiz isə Azərbaycanın adını dünya tarixinə qızıl hərflərlə yazdırıb. Qarabağın digər bölgələri də çox tez bir zamanda arzuladığımız məqama gələcək, arzuladığımız kimi inkişaf edəcək, arzuladığımız kimi dirçələcək. Buna kimsənin şübhəsi yoxdur. Tezliklə işğaldan azad olunmuş bütün ərazilər yenidən qurulacaq, onların əhalisi öz doğma yurdlarına qayıdacaqlar.
Bakı şəhəri Suraxanı rayon 140 nömrəli tam orta məktəbin direktoru Məcid Rəsulov