Ülvi Quliyev seçicilərinə təşəkkür etdi - "...seçki təşviqatına başladım"
Tarix: 9-08-2024, 14:21 |
Çap et
"Əziz dostlar! Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyimin qeydə alındığı 15 saylı Yasamal birinci seçki dairəsi üzrə avqustun 9-dan etibarən seçki təşviqatına başladım". Vertikal.Az Dia-az.İnfo-ya istinadla bildirir ki, bunu deputat Ülvi Quliyev seçicilərinə müraciətində qeyd edib.
Deputat daha sonra əlavə edib:
"Namizədliyimin qeydə alınmasına imzaları ilə dəstək vermiş Yasamal rayon sakinlərinə səmimi qəlbdən minnətdarlığımı bildirir, seçkilərin xalqımız və dövlətimiz üçün xeyirli olmasını arzu edirəm!"