
Bu gün Musavat.com saytının Facebook və Youtube platformalarında həyata keçirdiyi "Canlı debat"da icra başçılarının silsilə həbslərinə fasilə verilməsi, prosesin zəncirvari davamı, Mədəniyyət Nazirliyindəki korrupsiya əməlləri və nazirin məsuliyyətdən kənarda qalması , eləcə də müxalifətin son geniş toplantısı, iqtidar-müxalifət münasibətləri, bu gün axşam saatlarında Şuşada keçiriləcək innaqurasiya məsələsi müzakirə olunacaq.
Saat 14.00-də başlanacaq yayında deputat Naqif Həmzəyev sadalanan mövzuları müzakirə edəcək, tamaşaçıların rəyləri oxunacaq. Müzakirədə dinləyicilərimiz də iştirak edə bilərlər.