"Türkiyədə də əvvəllər məsələyə ciddi yanaşılmadı" - Soydaşımız "Şərq"ə danışdı
Tarix: 14-05-2020, 19:14 | Çap et
"Türkiyədə də əvvəllər məsələyə ciddi yanaşılmadı" - Soydaşımız "Şərq"ə danışdı

Koronavirus pandemiyası bütün millətləri, dövlətləri eyni cəbhədə birləşdirib. İndi hər bir dövlət eyni düşmənə qarşı mübarizə aparır. Dinindən, dilindən, irqindən asılı olmayaraq hamı hamı üçün narahatlıq keçirir.
Koronavirus pandemiyasından çox-çox əvvəllər də bir-birimizə dəstək olduğumuz qardaş Türkiyə də koronavirusun caynaqlarından yaxa qurtara bilmədi. Əfsuslar olsun ki, son aylar ərzində hər gün Türkiyədən yoluxma xəbərlərini eşidirik.

İndi bizi həm qardaşlarımızın, həm də orada yaşayan yüzlərlə azərbaycanlının taleyi düşündürür. Odur ki, koronavirusla əlaqədər Türkiyədə hansı dəyişikliklərin olması, görülən tədbirlər və oxucuları maraqlandıracaq digər suallarla bağlı orada təhsil alan həmyerlimiz, “Yıldız Teknik” universitetinin tələbəsi Hüseyn Vəliyevlə həmsöhbət olduq:

- Türkiyədə hazırda vəziyyət necədir?

- Yaxşılaşmağa doğru gedir. Hər gün Səhiyyə naziri Fəxrəddin Qoca özünün sosial şəbəkə hesablarında statistikanı açıqlayır. Səhiyyə nazirinin yazdıqlarından belə məlum olur ki, yoluxan və ölənlərin sayı azalır.

- Hökumət hansı qabaqlayıcı tədbirləri görür?


- İlk vaxtlar 65 yaşdan yuxarı adamlara çölə çıxmaq qadağası tətbiq edildi. Sonradan bu, 21 yaşdan aşağılara da şamil edildi. Həmçinin hökumət tibbi maska və spirt yardımı edir. Bunun üçün lazımi internet portalına daxil olub, müraciət etmək kifayətdir. Sonra sizə həmin avadanlıqları hardan götürmək lazım olduğu barədə mesaj gələcək. Onu da deyim ki, bəzi tətil günləri və həftə sonları ancaq çörək, su almaq üçün çölə çıxmağa icazə verilir.


- Yerli əhali bu infeksiya haqqında nə düşünür?


- Əksər ölkələrdə olduğu kimi, Türkiyədə də əvvəllər məsələyə ciddi yanaşılmadı. Tədricən insanlar vəziyyətin ciddiliyini başa düşdülər. Buna rəğmən, hökumət vətəndaşlara maddi yardım göstərmədiyinə görə, camaat pul qazanmaq üçün çölə çıxmağa məcbur qalır.

- Pandemiya tədrisə necə təsir etdi?


- Azərbaycanda olduğu kimi, Türkiyədə də distant tədrisə keçirildi. Dərslər onlayn qaydada keçirilir. İbtidai və orta təhsil alanlar üçün müxtəlif fənn müəllimləri “Erba tv”də də mövzuları izah edirlər. Şagirdlər bu imkandan da yararlana bilərlər.

- Türkiyə mətbuatı bu barədə nə yazır?

- Ölkədə koronavirusla bağlı ən fərqli fikirlər var. İnsan kimə inanacağını bilmir. Özünü professor hesab edənlər çoxdur. Lakin Fəxrəddin Qoca müntəzəm olaraq mətbuatda çıxış edir.

- Sən özün ən son xəbərləri hardan alırsan?

- Rəsmi açıqlamalar istisna olmaqla bu barədə məlumatları oxumamağa çalışıram.

- Azərbaycanlılara nə demək istəyirsən?

- Məsləhət görərdim ki, hər kəs öz sağlamlığı naminə mümkün olduğu qədər evdə qalsın.




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net