“Dörd oğlumu itirmişəm”- Brilliant Dadaşova - VİDEO
Tarix: 9-03-2015, 16:40 | Çap et
“Dörd oğlumu itirmişəm”- Brilliant Dadaşova - VİDEO
Xalq artisti Brilliant Dadaşova həyatı ilə bağlı etiraf edib.

Vertikal.az-ın axşam.az-a istinadən məlumatına görə, “Əslində mən” verilişində müğənni dörd oğul övladını itirdiyini bildirib:

“Bir oğlum Cahadla kifayətlənməmişəm. Əvvəl bu haqda danışmırdım, indi söyləyirəm. Tamaşaçılar elə bilir həyatımda hər şey gözəl olub. O vaxtlar cəbhə bölgələrində konsertlər verirdim. Deyirdilər, əsgərlər sizi istəyib. Etiraz etsəm, gecə yata bilməzdim, razılaşırdım. Birtəhər qarnımı bağlayıb, bilinməməsinə çalışırdım. Avtobusla rayonlara gedirdim, qayıdanda birbaşa xəstəxanaya aparırdılar, uşaq tələf olurdu. Beləcə, dörd oğlumu itirmişəm. Hamısı da doğuşa 2-3 ay qalmış düşüb. Əgər qalsaydı indi beş oğlum var idi”.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net