“Qara siyahı”ya düşmüş müğənni: ”Azərbaycana vurğunam”
Tarix: 31-03-2015, 09:56 |
Çap et
"Mən Azərbaycanın vurğunuyam, Bakını sevirəm".
Report xəbər verir ki, bu sözləri martın 29-da Rusiyada keçirilən "Miss AMOR" gözəllik müsabiqəsinin münsiflərindən biri olan müğənni Katya Lel "Rossiya dlya vsex" internet portalına müsahibəsində bildirib.
Katya Lel Azərbaycana olan sevgisindən danışıb:
"Bugünkü tədbir ilə bağlı ən isti, ən xoş hissləri keçirirəm, çünki mən Azərbaycanın vurğunuyam, mən Bakını sevirəm. Bu gecədə iştirak etməyimdən, gözəl Azərbaycan qızlarını qiymətləndirməyimdən çox məmnunam. Bu kimi tədbirlərin keçirilməsi çox mühümdür. Biz gənc insanların gözəlliklərinə, istedadlarına və xarizmalarına nə qədər tez nəzər yetirsək, onlar gələcəkdə bir o qədər böyük nailiyyətlər əldə edə bilərlər".
Qeyd edək ki, müğənni Katya Lel Azərbaycanın işğal altında olan torpaqlarında konsert verdiyinə görə uzun müddət Xarici İşlər Nazirliyinin “qara siyahı”sına düşmüşdü.