Azərbaycanlı aktrisaların 20 milyonluq kinosu
Tarix: 18-03-2015, 10:21 | Çap et
Azərbaycanlı aktrisaların 20 milyonluq kinosu
Azərbaycanlı aktrisalarında rol aldığı Çanaqqala zəfərindən bəhs edən "Son məktub" filmi ekrana çıxdı. Ötən gün Türkiyədə filmin özəl nümayişi baş tutub.

ANS PRESS-in məlumatına görə, nümayiş Kanyon Cinemaximum kinoteatrında olub.

Filmin nümayişinə baş rolun ifaçısı azərbaycanlı aktrisa Nəsrin Cavadzadə, Nərmin Hüseynova (Mina Sovetski) ilə yanaşı Tansel Öngel, Bülent Şakrak, Hüseyin Avni Danyal kimi tanınmışlar qatılıb.

Filmin rejissoru Özhan Eren "Son Məktub"un hekayəsinin 7 il öncə başladığını deyib. "2 il ssenarinin yazılması davam edib. Çəkiliş isə 3 ilə yaxın davam edib. Bütün aktyorlara təşəkkür edirəm".

Filmdə Nihal adlı tibb bacısını canlandıran azərbaycanlı aktrisa baş rol ifaçısı Nəsrin Cavadzadə rolundan danışıb. "Bu 24 yaşlı gənc tibb bacısıdır. Bütün ailəsini savaşda itirib və Çanaqqala savaşına qataılmaq haqda cəsur bir qərar qəbul edib. Fuad adlı bir uşaqla yolu kəsişir və ona analıq etməyə başlayır. Pilot Salih də ona dəstək olur və bir müddət sonra onların arasında gizli sevgi yaranır".

Xatırladaq ki, filmin ssenarisi Çanaqqala savaşı günlərindən qalma bir məktubun əsasında hazırlanıb. “Son Məktub" Çanaqqala zəfərinin 100 illiyində, martın 18-də təqdim edilib.
Film 20 milyon lira (təqribən 8 milyon dollar) ilə ən yüksək büdcəli filmdir.

Filmdə rol alan Nərmin Hüseynovanı tamaşaçılar Mina Sovetski kimi tanıyırlar. O, rejissor Vahid Mustafa Yevin "Xoca" və "Qanlı Yanvar" filimlərində də rol alıb.

N.Cavadzadə isə məşhur alim Mirməməmməd Cavadzadənin nəvəsidir. Cavadzadə iki "Qızıl portağal" mükafatı alaraq son illərin ən diqqət çəkən aktrisalarından biri adına layiq görülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net