"Ac qalıram, təkcə su içirəm"
Tarix: 11-02-2015, 15:54 |
Çap et
ATV-nin aparıcısı Nərgiz Məmmədova formada qalmağının sirrini açıqlayıb.
Axşam.az-ın məlumatına görə, kökələn kimi depressiyaya düşən aparıcı idmana nifrət etdiyini gizlətməyib:
“Yeməyi çox sevirəm. Ən çox da şirniyyatsız qala bilmirəm. Bir də ayılıram ki, kökəlmişəm. Kökələn kimi depressiyaya düşürəm. Xüsusi pəhriz saxlamıram, nə də qida rasionumdan nəyisə çıxarıram. Ya mən oturub hər yeməkdən yeyirəm, ya da heç nə yemirəm. Kökələndə bir həftə ac qalıram, təkcə su içirəm. Bununla da 5-6 kiloqram atıram. Formada qalmaq üçün bütün kosmetoloji prosedurlardan istifadə edirəm. Evdə heç bir maska etmirəm, tənbəl qızam. Lazım olsa plastik əməliyyat da etdirəcəm. İdmana nifrət edirəm. Hər dəfə hansısa bir fitnes-kluba yazılıram, amma getmirəm. İndi rəfiqəm Afaq Gəncəli mənim üçün rəqs müəllimi tapıb. Söz vermişəm ki, rəqslə məşğul olacam”.