Gənc müğənni Aytac Vidadiqızının son təqdim etdiyi “Sevirəm” adlı mahnısının ətrafında qalmaqal yaşanıb. Müğənnini mahnı oğurluğunda ittiham ediblər.
Oxu.Az ittiham ilə bağlı Aytac Vidadiqızı ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.
“Mən deməmişəm ki, mahnının musiqisi mənə aiddir. Mən ifa etdiyim “Sevirəm” adlı mahnının sözlərinin müəllifiyəm. Düzdür, mahnının xarici bəstə olduğunu da deməmişəm. Sadəcə ifa edib tamaşaçıların ixtiyarına buraxdım. Mahnıya o qədər vurulmuşdum ki, onu özəlləşdirmək istədim. İfamda da necə ürəkdən, hansı hisslərlə ifa etdiyim açıq-aydın hiss olunur. Nə gizlədim, mahnının müəllifi Hakim adı ilə məşhur olan Mərakeş və ispan müğənnisi Abdelhakim Bouromanedir. Mahnıda olan pop musiqinin flamenko və ərəb ritmləri ilə sintezi mənə tamam ayrı həzz yaşatdı”.
Aytac Vidadiqızı həmçinin niyə mahnını təqdim edərkən bu nüansı gizlətməsinə aydınlıq verib:
“Mahnı o qədər gözəldir ki, istəmədim ifama qulaq asan dinləyicinin fikri ayrı yerə yönəlsin. İstədim sırf məni, yaşadığım hissləri yaşaya bilsinlər. Bu səbəbdən mahnının musiqisinin müəllifini açıqlamadım”.
Vertikal.az hər iki müğənninin ifasında olan eyni mahnını təqdim edir.