Mətanət nazirliyi TƏNQİD ETDİ: - "Məndən üstün oxuyan kim var?"
Tarix: 8-04-2022, 15:42 | Çap et
Mətanət nazirliyi TƏNQİD ETDİ: - "Məndən üstün oxuyan kim var?"
Müğənni Mətanət Əsədova Mədəniyyət Nazirliyini sərt tənqid edib. Dia.az-ın məlumatına görə, lent.az-ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, Mədəniyyət Nazirliyi onun fəaliyyətini düzgün qiymətləndirmir:

“Nə sənətimdə, nə də şəxsi həyatımda uğur olmayıb. Düz 34 ildir ki, sənətdəyəm. Neçə dənə Mədəniyyət Naziri dəyişilib? Onlar hara baxır? Mən Mədəniyyət Nazirliyini tanımalı deyiləm. Onun nəznində olan müğənniyəm. O məni tanımalıdır. O özü çox gözəl görür. Guya görmür? Bir dənə zəif ifamı göstərsin.

Konserti nəylə verim? Mədəniyyət Nazirliyindən bir nəfər gəlib mənə demədi ki, konsertini təşkil edirəm, bir tək oxumaq sənlikdi. Mənim maddi gücüm çatmır ki, konsert verim. Mənim pulum yoxdur. Bilirsiz saraylar konsert üçün nə qədər pul istəyir? Bunu hamı bilir. Konsert salonları ödənişlidir. Səsim, səhnə yaraşığım, zövqüm var. Mən dövlət konsertlərin heç birində yoxam. Niyə? Kimdi məndən üstün oxuyan? 80 yaşımda dövlət konsertlərində oxuyacam? Neçə gözəl sənətkar kənarda qalmışıq. Nazirliyin bizdən xəbəri var ? Mən indi əməkdar, xalq, şöhrət yox, istiqlal ordeni almalı idim. Mənim yaşım və səhnə təcrübəm də ona əsas verir.

Durub bundan ötrü ölkə rəhbərliyinə məktub yazım? Sizi bu vəzifəyə qoyublar ki, işləyəsiniz, insanlarla maraqlanasınız".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net