Məşhur müğənni 72 manatlıq avtomobil cəriməsini ödəyə bilmir – VİDEO
Tarix: 5-04-2022, 17:19 | Çap et
Məşhur müğənni 72 manatlıq avtomobil cəriməsini ödəyə bilmir – VİDEO

ARB TV-nin “Həmin Zaur” verilişinin növbəti qonağı müğənni Kəmalə Nəsibova olub.

İfaçı yol hərəkəti qaydalarını pozduğuna görə aldığı cərimələrdən danışıb:

“Bu yaxınlarda 700 manat cərimə ödəmişəm. Dayanma-durmaya görə günə 20 manatdan cərimə gəlir. Aya hesablayanda görün nə qədər edir. Harda istəsəm saxlayıram, yaşıl ışıqdır”.

Daha sonra aparıcı Zaur Kamal canlı efirdə müğənnidən 72 manatlıq cəriməsini ödəməyi istəyib. Müğənni isə cavabında üstündə cəmi 5 manatın olduğunu qeyd edib.

“Zaur bəy siz verin, mən ödəyim. Üstümdə yoxdur, ümumiyyətlə kasıblamışam. Nadir hallarda toylara gedirəm”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net