Sabahdan teatr və kinoteatrlarda hansı mənzərə yaşanacaq… - AKTUAL
Tarix: 30-09-2021, 11:23 | Çap et
Sabahdan teatr və kinoteatrlarda hansı mənzərə yaşanacaq… - AKTUAL
Səhiyyə böhran səbəbi ilə il yarıma yaxın müddət idi ki, kinoteatrlar, teatrlar fəaliyyət göstərmirdi. Teatr səhnələrini, kinoteatr oturacaqlarını söz əsl mənasında toz basmışdı.
Mədəniyyət işçiləri isə bu müddət ərzində evdə oturmaqdan, fəaliyyətsizlikdən təngə gəlmişdi. Nəhayət 24 sentyabr tarixində Operativ Qərargah yeni qərar qəbul etdi və ictimaiyyətə açıqlandı ki, oktyabrın 1-dən etibarən, kinoteatrların, teatrların fəaliyyəti bərba olunacaq.

Bu xəbər mədəniyyət işçiləri, teatr-kino sevərlər tərəfindən təbii ki, çox böyük sevinclə qarşılandı. Amma açıqlamanın üstündən çox zaman keçməmiş, yeni qaydalar, qadağalar təyin olundu. Belə ki, yeni qaydalara görə, mədəniyyət obyektləri, ümumi tutumunun 50 faizi qədər insan qəbul etməli, içəri daxil ola bilmək üçün mütləq covid pasportu olmalı, kinoteatrlarda yalnız ailə üzvü olan şəxlər yanaşı oturacaqlarda oturmalı, tear və ya kinoteatrların foesində mütləq maska taxılmalı və s. Bir sözlə qaydalar saymaqla bitmir.

Bu qaydalardan bəziləri, xüsusilə də yalnız ailə üzvü olan şəxslərin yanaşı oturacaqlarda otura bilməsi məsələsi sosail mediada etirazlara səbəb olub. Gənc kino, teatr sevərlər bu qaydaların gərəksiz və anlamsız olduğunu iddia edirlər.

Həqiqətən də maraqlıdır. Lap deyək ki, kinoda ayrı otuzdurdunuz. Bəs kinodan çıxıb evə getmək üçün ictimai nəqliyyata minən zaman niyə insanların səhhətini fikirləşmirsiniz? Bəlkə BNA nə tilsim edibsə, xəstəlik avtobuslara yaxın durmur? Əgər belədirsə, deyin biz də rahatsalaq, siz də.

Digər bir məsələ isə ondan ibarətdir ki, teatrlarda, kinoteatrlarda bu prosesin kimlər tərəfindən tənzimlənəcəyi sual olaraq qalır. Güman edirik ki, dünən universitetlərin qarşısında yaranmış dəhşətli mənzərə sabah da teatr, kinoteatrların qarşısında yaşanmaz...

Leyla Mirzə, Bizimyol.info




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net