"Ən gözəl maşına, evə -hər şeyə sahib olmuşam" - Şəbnəm Tovuzlu
Tarix: 10-09-2021, 10:04 | Çap et
"Ən gözəl maşına, evə -hər şeyə sahib olmuşam" - Şəbnəm Tovuzlu
Sosial şəbəkədə ən çox müzakirə edilən və gündəmə çevrilən Şəbnəm Tovuzlu Moderator.az - ın suallarını cavablandırıb.

- Şəbnəm Tovuzlunu xoşbəxt etmək asandırmı?

- Məni adi bir şirin sözlə də xoşbəxt etmək olar. Xoşbəxtliyi mənəvi şeylərdə görürəm. Bəzən deyirlər ki, müğənnilər madiyyata meyillidir. Mənim əvvəlki ailəmin hər şeyi olub. Madiyyatla bağlı heç vaxt çətinliyim olmayıb. Ən gözəl maşına, evə -hər şeyə sahib olmuşam. Amma sevgim olmayıb deyə mən onu əlimin arxası ilə geri çevirmişəm. Sevdiyim üçün indiki həyatımı seçmişəm. Sevdiyim insanla xoşbəxtəm. Elə çıxmasın ki, indi seçdiyim insanın heç nəyi olmayıb, amma Allahım şahiddir... Bəziləri kimi heç nəsiz, çulsuz, hansısa bir şəxsin yanında olub xoşbəxt olmamışam ki... Hər şeyin ən yaxşısına sahib olduğum halda onları əlimin arxası ilə geri çevirib sevdiyimin yanında olmuşam. Baxmayaraq ki, onun da maddi vəziyyəti çox yaxşı olub. Amma mən onun özünü seçmişəm. Adamlar var ki, nəyəsə ehtiyacı olur, buna görə sevmədiyi adama qatlaşır. Mənim isə hər şeyim ola-ola sevdiyim şəxsi seçmişəm. Ona görə də madiyyatda sevgi görməyənlərdənəm.

- 22 sentyabrda yeni tədris ili başlayacaq. Övladınız da bu il Ali məktəbə qəbul oldu. Bu sizə özünüzü necə hiss etdirir?

- Bir ana kimi övladımın uğuruna çox sevinirəm. İllərdir qızıma çəkdiyim əziyyətlər yerdə qalmadı. Bir qız övladını ağıllı böyüdüb, bu yaşa gətirdiyimə görə özümə təşəkkür edirəm.

- Öz məktəb illərinizi necə xatırlayırsınız?

- Mən oğlan kimi böyümüşəm. 13 yaşıma qədər şalvar, papaq, köynək geyinərək maşın sürmüşəm. Tək uşaq olduğum üçün ərköyün böyümüşəm. 13 yaşımdan sonra nənəmlə anam məni danlayıb ki, qız uşağısan artıq böyümüsən qız kimi hərəkət elə. Daha sonra yubka geyinib, özümə çəki düzən vermişəm. Müəllimlərim hələ indi-indi məni sakit olduğuma görə çox istədiklərini etiraf edirlər.

- Hər ifaçını bəyənənlər qədər onu bəyənməyib, qəbul etməyənlər də var. Şəbnəm Touzlunu ifaçı kimi qəbul etməyənlərə nə demək istəyirsiniz?

- Mənim sənətim olub. Kənardan durub artıq söz deməyən, sakit öz guşəsinə çəkilən ifaçılara hörmətim sonsuzdur. Özümü onların sırasında görürəm. Sənəti olmaya- olmaya insanlara özünü kənarda şeytan olub ekran qarşısında özünü mələk kimi göstərən, sənətdən kənar özünü sənətkar hesab edənlərlə aram yoxdur. Orada özümü görmürəm.Onlara sadəcə olaraq yazığım gəlir. Heç olmasa sizdən əvvəlki sənətçilərə baxıb örnək götürün.

- "Baxırsan ki, 11 ildir sənətdədir, amma heç nə əldə etməyib" - deyərkən kimləri nəzərdə tutmusunuz?

- Mən onu qarşımda atılıb düşən, gərəksiz ifaçıya demişəm. Ki, 11 ildir kimlərinsə yanında oxuyur, hələ də dəftər qabağında mahnı öyrənir... 2- 3 ildir bir balaca lazımsız gərəksiz həyat tərzi ilə ortalığa çıxıbsa və bugün "mən", "mən" deyirsə bu sünilikdir. Ona gənc ifaçı demək doğru deyil.

- Bəs gənc ifaçı kimi görürsünüz?

- Gənc ifaçı Nəfəsi hesab edirəm. 11 ildir oxuyur hələ də ortalığa çıxa bilməyən, musiqi duyumunun nə olduğunu bilməyən ifaçı hesab edilmir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net