Prezident Flora Kərimovanı “Şərəf” ordeni ilə təltif etdi
Tarix: 31-07-2021, 12:32 | Çap et
Prezident Flora Kərimovanı “Şərəf” ordeni ilə təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Digər Sərəncamla Flora Kərimovaya Prezidentin fərdi təqaüdü təyin edilib.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova bir həftə əvvəl 80 yaşlı yubileyini qeyd edib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net