“Bu birmənalı qarşılansa da, qarşılanmasa da toylarla bağlı hökumət nə qanun qoyubsa, onunla da getməliyik. Başqa neyləyə bilərik ki. Mən özüm bu xəstəliyi keçirmişəm və pasportum var”
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni toylarla bağlı qəbul edilən qərarların bəzən absurd olduğunu bildirib:
“Bu birmənalı qarşılansa da, qarşılanmasa da toylarla bağlı hökumət nə qanun qoyubsa, onunla da getməliyik. Başqa neyləyə bilərik ki. Mən özüm bu xəstəliyi keçirmişəm və pasportum var. Əvvəl qanun çıxardılar ki, toylarda sərinlədiciləri işlətmək olmaz. Bu qanunu çıxaran o Operativ Qərargah başa düşmür ki, metroda, avtobusda, satış mərkəzlərində sərinlədici işləyə bilər, amma toyda niyə işləməməlidir?! Siz bu sualları onlara ünvanlayın və cavabınızı alın. Toyda sərinlədici işləsə, pandemiya yayılar?! Onda belə çıxır ki, metroda da, avtobustda da virus yayılmalıdır. Bunlar bu qanunu çıxaranda fikirləşirlər, yoxsa yox?! Sonra da qanunu ləğv etdilər. Niyə ləğv edirsiniz ki, qanun bir dəfə çıxır və bir neçə ildən sonra dəyişə bilər. Qanun dünən çıxıb, bu gün dəyişmir. Belə şey olmur axı.
Əsas diqqət mərkəzində duran şey odur ki, camaatımız vaksinasiyadan keçməlidir. Toya gələn adama demək olar ki, pasportunu da götür, ayıbdı vallah. Mən nə deyə bilərəm, fəhlə babayam, sənət adamıyam. Ağa deyir sür dərəyə, sür dərəyə də, vəssalam. Hansı qanunu düzəldə və yaxud da dəyişə bilərik? Biz ancaq fikir söyləyə bilərik və fikir də söylənilir də”.