Röya Avropa oyunları ilə bağlı klipdə fanatları ilə çəkiləcək
Tarix: 5-05-2015, 11:09 | Çap et
Röya Avropa oyunları ilə bağlı klipdə fanatları ilə çəkiləcək
Müğənni Röya “Avropa oyunları-2015” ilə bağlı klip çəkdirəcək. “Qafqazinfo”nun məlumatına görə, bu haqda sosial şəbəkədə məlumat verən müğənni pərəstişkarlarını onunla ekran işində birlikdə rol almağa çağırıb:

“Bu xəbər Azərbaycanı və məni sevənlərlə bağlıdır. “Qələbəyə son günlər qalıb” deyərək xatirə klipi çəkirik. Pərəstişkarlarım yanımda olsa, xoşbəxt olaram.

Mənimlə eyni klipdə oynamağa hazırsız?”

Qeyd edək ki, Röya “Avropa oyunları- 2015”də avarçəkmə üzrə ulduz səfirdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net