Artıq bir neçə gündür ki, Rəqsanə İsmayılova ilə müğənnilər arasında qalmaqal davam edir.
Musavat.com big.az-a istinadən xəbər verir ki, mövzuya müğənni Nadir Qafarzadə də münasibət bildirib. O, sosial media hesabında Rəqsanənin fotosunu paylaşaraq:
"Başı bəlalı Rəqsanə.Sən , əslində pis adam deyilsən! Başını sal aşağı, balalarını böyüt. Uğurlar, sənə. Bu, qızın üstünə çox getməyin, ey insanlar. Bir Rəqsanəmiz var,olduğu kimi də qəbul edin, onu. O, qadindir,anadir, övladdır və həyat yoldaşıdır."