"Çox şükür hal-hazırda səhhətim yaxşıdır" - Partlayışda yaralanan gənc aktyor
Tarix: 23-03-2021, 09:56 | Çap et
"Çox şükür hal-hazırda səhhətim yaxşıdır" - Partlayışda yaralanan gənc aktyor
Bir neçə həftə əvvəl mənzilində qaz partlayışı nəticəsində yanıq xəsarətləri alan və 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilən, Dövlət Kukla Teatrının aktyoru Cavid Telmanın səhhətində irəliləyiş var.

Aktyor səhhəti yaxşılaşandan sonra Moderator.az-a müsahibə verib.

“Çox şükür hal-hazırda səhhətim yaxşıdır, 1 həftə olar ki, xəstəxanadan evə buraxılmışam. Müalicələrimi evdə davam etdirirəm, sarğılarımın hamısı demək olar ki, açılıb. Bədənimin 1-2 nahiyəsi var ki, ora çox yandığından hələ ki, orada sarğı açılmayıb. Yanan dərimin yerinə artıq yeni dəri də gəlir. Bədənimin və üzümün əvvəlki vəziyyətini alması üçün həkimlər əllərindən gələn hər şeyi edirlər. Qidalanmağıma da önəm verirəm, pəhriz yeməklərdən istifadə edirəm. Həkimlər deyir ki, inşallah ki, yanığın heç bir izi qalmayacaq. Artıq özüm ayağa qalxıb, sərbəst gəzirəm, isti olanda həyətdə hava alıram. Çünki hələ çox isti də, çox soyuq da olmaz. Bir sözlə, min şükür, yaxşılaşıram. Göydə Allahın, yerdə isə dostlarımın, sənət yoldaşlarımın sayəsində yaxşılaşıram. Bu hadisə baş verəndə məni tanıyan da, tanımayan da hamı çox narahat olmuşdu. O insanların duaları məni yenidən həyata qaytardı” deyə Cavid Telman bildirib.

Aktyor daha sonra partlayışın baş vermə anını xatırlayıb.

“Partlayış baş verəndə ailəm evdə idi. Tez onları birtəhər çölə çıxardım, özüm amma evdə qaldım. Çünki cüzi yanğın baş vermişdi, onu söndürdüm. Daha sonra təcili tibbi yardımla məni xəstəxanaya çatdırdılar. Bədənimin 70 faizi yanmışdı. Çox şükür olsun ki, məndən başqa heç kimə heç nə olmadı. Bir tək mən ağır yanıq xəsarətləri aldım. İlk günlərdə partlayışın baş vermə anı yuxuma girirdi, diksinirdim, amma indi psixoloji vəziyyətim də düzəlib” deyə aktyor bildirib.




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net