Azərbaycanın məşhur Xalq artisti xərçəng xəstəliyinə tutuldu
Tarix: 17-02-2021, 12:39 | Çap et
Azərbaycanın məşhur Xalq artisti xərçəng xəstəliyinə tutuldu
Xərçənglə mübarizə aparan Xalq artisti Nisə Qasımova səhhəti barədə danışıb.

Busaat.az xəbər verir ki, müğənni “Heç vaxt heç yerdə” verilişində bildirib ki, səhhətinə görə efirlərə çox çıxa bilmir:

“Getdim müayinəyə. Tam başqa bir xəstəlik üçün getmişdim. Həkimlər dedi ki, bunu da yoxlamalıyıq. Mənə dedilər ki, bədxassəli xərçəng var. Əməliyyat olundum. Demişdim, heç vaxt heç yerdə deməyəcəm”.

Xalq artisti daha sonra bildirib ki, bu yaxınlarda yıxılıb və ayaqları zədələnib: “Ayağımın biri sınıb, biri əzilib. İndi şişdir. Yeriyə bilmirəm”.

(lent.az)




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net