Ev də getdi, maşın da, saat da... - Pandemiya hansı müğənnilərimizi müflis etdi?
Tarix: 10-02-2021, 09:10 | Çap et
Ev də getdi, maşın da, saat da... - Pandemiya hansı müğənnilərimizi müflis etdi?
Pandemiya dövrü digər insanlarla yanaşı, şou-biznes nümayəndələrini də əməlli-başlı silkələyib. Kimisi evini, kimisi avtomobilini, kimisi geyim və bəzək əşyalarını satıb.

Sputnik Azərbaycan xəbər verir ki, maddi çətinlik çəkənlərin sırasında müğənni Elton Hüseynəliyev də var. Sənətçi pandemiyada güzəranını yaxşılaşdırmaq üçün bir ay əvvəl avtomobilini satıb. Bu barədə o, "ATV maqazin onlarla" proqramına açıqlamasında bildirib: "Gördüm ki, maddi sıxıntılarım var, maşınımı satdım. Kədərlənmədim, sevindim ki, əlimə pul gəldi. Təxmini olaraq 22 min dollara satdım". Elton maddi sıxıntıları zamanı həmkarı Nadir Qafarzadənin ona yardım etdiyini söyləyib.

Bundan əlavə, müğənni Əməkdar artist Teymur Əmrahın da çətinlik yaşadığını, bu səbəbdən evini satdığını açıqlayıb: "Qapı döyüldü, gördüm, Teymur müəllim gəlib, cibi də dolu. Evi satıb, pulları da üstündə gəzdirir. Bir az mənə də yardım etdi. Deyirəm, niyə mənzilinizi satdınız? Deyir ki, vəziyyət yaxşı deyil, həm ucuz ev alım, həm də qara günə pul saxlayım. Amma yeni ev də aldı".

Xatırladaq ki, Teymur Əmrah uzun illər evsizliyi ilə bağlı şikayətləri ilə gündəmdə olmuş, daha sonra adını açıqlamadığı şəxs tərəfindən mənzillə təmin olunmuşdu.

Müğənni Xatirə İslam isə geyimlərini satışa çıxarıb. Belə ki, müğənni bir neçə həftə əvvəl "Instagram" hesabında yeni səhifə açaraq ziyafət libaslarının satışına başlayıb. İfaçı açıqlamasında bu günədək 2 min manatadək qazanc əldə etdiyini açıqlayıb: "Satışdan əldə olunan gəlirin son qəpiyinə kimi hamısı yardıma ehtiyacı olan insanlara veriləcək. Hər qiymətə - ucuz və bahalı paltarlar var. Hələ ki, 2 min manata yaxın satış olub. Bir-iki uşaq var, onların hesab kartları sosial şəbəkədə qarşıma çıxıb. Surətini çıxarıb saxlamışıq. Əvvəlcə onlara yardım olunacaq. Daha sonra nə satış olsa, bizə yardım üçün yazanlara ayrılacaq".


Karantin müddətində qızıl saatlarını satmağa məcbur qalan Nadir Qafarzadə həmin pulu qazilərlə bölüşdüyünü bildirib: "Rolex" markalı iki saatım var idi, qızıl və brilyantlarla. Onları satdım. 24 min manatlıq saatı 12 minə satdım. Onu da tək yemədim, qazilərimizlə bölüşdüm".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net