“Bacım Tarqovıda süpürgəçi işləyir, bu ayıb deyil”
Tarix: 30-04-2015, 11:32 |
Çap et
Nadir Qafarzadənin ailəsi ilə bağlı şaiyə yaydılar.
Gecce.az xəbər verir ki, sənətçinin bacısının süpürgəçilik etdiyi deyildi.
“Bu sənətdəsənsə, mütləq sənin haqqında şaiyə yayacaqlar. Mənim haqqımda çıxan xəbərlər oxunulur deyə bir-birindən yalan şaiyələr ortaya atılır.
Bu yaxınlarda haqqımda “Nadirin bacısı pis vəziyyətdə yaşayır, Tarqovıda süpürgəçi işləyir“ deyə saytda yazıblar.
Mənim bacımın ailəsi var, kənddə yaşayır. Heç bilmir ki, Tarqovı haradır. Heç yerdə işləmir. Bacıma özüm maddi yardım göstərirəm. Süpürgəçi işləsə belə bu ayıb deyil. “