"Forbes" jurnalı ən çox qazanan aktyorların siyahısını açıqlayıb
Tarix: 11-08-2020, 19:13 | Çap et
"Forbes" jurnalı ən çox qazanan aktyorların siyahısını açıqlayıb

"Forbes" jurnalının versiyasına görə, Amerika aktyoru və prodüseri Dueyn Conson bu il də ən çox qazanan aktyorların reytinqinə başçılıq edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, 12 ay ərzində Conson 87.5 milyon dollar qazanıb.

O, təkcə bu il “Netflix”də nümayiş olunacaq “Red Notice” serialından 23.5 milyon dollar əldə edib.

Ad - 00:02
ƏTRAFLI
Nescafe_CapuLatte
Siyahıda iki yerdə kanadalı aktyor Rayan Reynold dayanır, o, 71.5 milyon dollar qazanıb.

Üçlüyü amerikalı Mark Uolberq tamamlayır.

“Forbes”in reytinqində daha sonra Ben Afflek (55 milyon dollar), Vin Dizel (54 milyon dollar), Bollivud ulduzu Akşay Kumar (48.5 milyon dollar) və Brodvey müzikllarının yaradıcısı Lin-Manuel Miranda (45.5 milyon dollar) dayanır. Siyahının onluğunu Uill Smit (44.5 milyon dollar), Adam Sendler (41 milyon dollar) və Ceki Çan (40 milyon dollar) tamamlayır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net