Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxub.
O, bu barədə özünə məxsus sosial media hesabında bildirib.
Aktyor artıq xəstəxanaya yerləşdirildiyini qeyd edib:
“COVID-19 testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar. Ailəm və işçilərim yoxlamadan keçib, nəticələri gözləyirlər”.
Aktyor son 10 gündə onunla təmasda olan hər kəsdən koronavirus testindən keçməyi xahiş edib.