Rusiyalı müğənni Anita Tsoy koronavirusdan sağalıb.
Bunu Oxu.Az-a məşhur ifaçının özü bildirib:
“Artıq verdiyim testin analizi neqativ çıxıb. Sabah KT-dən (kompüter tomoqrafiyası) keçiriləcəyəm və qan analizi verəcəyəm. Hər şey yaxşı olsa, bazar ertəsi xəstəxanadan evə buraxılacağam”.
Qeyd edək ki, ata tərəfdən koreyalı, ana tərəfdən özbək olan, ancaq Moskvada doğulmuş 49 yaşlı müğənni iyunun sonunda xəstəxanaya yerləşdirilmişdi.