Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir
Tarix: 6-07-2020, 15:47 | Çap et
Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyi fəaliyyətini bərpa edir

Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi iyulun 7-dən etibarən fəaliyyətini bərpa edir.

“Report”un yerli bürosu xəbər verir ki, mədəniyyət ocağı ziyarətçilərini Gürcüstanın Səhiyyə Nazirliyinin hazırladığı xüsusi təlimata uyğun qəbul edəcək.

Muzeyə daxil olan qonaqların hərarəti ölçüləcək, əlcək və baxillər təqdim olunacaq.

Tibbi maskasız şəxslərin məkana daxil olmasına icazə verilməyəck. Muzey dezinfeksiyaedici vasitələrlə də təmin olunub.

Qeyd edək ki, Gürcüstanda muzeylər koronavirus pandemiyası səbəbindən martın əvvəlindən bağlı olub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net