“Nirvana” qrupunun lideri Kurt Kobeynin gitarası ABŞ-da keçirilən hərracların birində altı milyon dollara satılıb.
Bu barədə hərrac şirkətinin sosial media hesabında məlumat yerləşdirilib.
Auksiondan əvvəl alətin qiyməti təxminən bir-iki milyon dollar civarında qiymətləndirilirdi. Alətə onun orijinal keysi də əlavə edilib.
“Martin D-18E” modelli elektrogitarada Kurt 1993-cü ildə baş tutmuş konsertində, ölümündən təxminən beş ay əvvəl ifa edib.
Bundan əvvəlki qiymət rekordu “Pink Floyd” qrupunun liderlərindən biri Devid Gilmorun gitarasına aid olub. O, 3,95 milyon dollara satılmışdı