Röya Sevda və Günaya səsləndi - video
Tarix: 17-04-2015, 10:49 | Çap et
Röya Sevda və Günaya səsləndi - video
Müğənni Röya Ayxan Avropa Oyunlarına dəstək və insanları idmana daha yaxın etmək üçün keçirilən “Baku 2015 Basketball Challenge”ə qoşulub.

Axşam.az-ın məlumatına görə, iştirakçılar yaradıcı basketbol atışları edib, eyni və ya daha yaxşı atışlar üçün estafeti başqalarına ötürürlər.

Röya topu atdıqdan sonra estafeti müğənni Günay İbrahimli, Sevda Yahyayeva və türkiyəli həmkarı Soner Sarıkabadayıya ötürüb.

Qeyd edək ki, Röya ilə yanaşı “challenge”ə əməkdar artist Tünzalə Ağayeva, müğənni Miri Yusif, aparıcı İlkin Həsəni, Hacı Nuran da qoşulub.








Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net