“Bir rəqqasə çıxıb soyunur, güzgüdə özünü çəkir. Rəqsin adını niyə batırırsınız? Sənətin yoxdursa, get başqa işlə məşğul ol. Bu sənətdə can qoyanlar var”.
Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva “Show news” verilişinə açıqlamasında deyib. Sənətçi sosial şəbəkədə açıq-saçıq görüntülərini yayan rəqqasələri tənqid edib:
“Əsəbiləşirəm… Mən danışmayım, başqası susur… İnsanlar qıcıqlanır, bunları yığışdırmaq lazımdır. Sosial şəbəkədə olan abu-hava məni bezdirir, əsəbiləşirəm. Onlar özlərini düzgün aparmır: danışıqlarını, oturuşlarını bilmirlər. Özünü soyunub çəkir ki, saytlar paylaşsın. Əvvəl belə hallar olurdu? Paylaşmayın bunları.
Oğlumun İnstaqram səhifəsi yoxdur. Mənim İnstaqramıma baxır, sabah özünə açdıracaq. Oğlanın qarşısını almaq olur? Onları görüb nə düşünəcək? Özümüzü çəkib biabır edək?”.