Pərvin Abıyeva: "Xalam qızı kasıb ərəbə ərə gedib"
Tarix: 26-05-2020, 09:26 |
Çap et
“Biz sevəndə vara-dövlətə baxmırıq. Ürəyim sevdisə, vəssəlam”.
Vertikal.Az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva ARB TV-də yayımlanan “Söhbət var” axşam şousunda qonaq olarkən deyib. Sənətçi xalası qızı ilə bağlı yarıciddi, yarızarafat açıqlamalar verib:
“Xalam qızı ərəblə ailəlidir. Dubayda yerli bir ərəbə ərə gedib. O da Dubayın şeyxi yox, kasıbıdır.
Xalam qızının qəribə xasiyyəti var idi, hara gedirdi orada qalırdı. Anam ömürboyu onu axtarıb. Özümü tanıyandan xalam qızını anamla axtarmışıq. Dinamik, enerjili qız idi. Bir gün rəfiqəsi ilə Dubaya gəzməyə getdi. Bir həftəlik getmişdi, qayıtmadı. Anam yığdı ki, harada qaldın? Bir-iki ay keçdi, zəng etdi ki, ərə getmişəm. İndi qapanıb, uşağı olacaq. O, açıq geyinən qızdan əsər-əlamət qalmayıb”. (Oxu.az)