“Səni axtarıram” Elgizin “Adam içində” verlişini sual altında qoydu
Tarix: 13-04-2015, 09:16 |
Çap et
Dünən günün ikinci yarsında Xoşqədəm Hidayətqızı “Səni axtarıram” verlişinin çox az kollektivi ilə ATV-dən uzaqlaşıb. Bizimxeber.az-a daxil olan məlumata görə, verlişin əsas yaradıcı heyəti Xoşqədəm Hidayətqızından ayrılıb. Köhnə komandadan cəmi 4 nəfərlə “Səni Axtarıram verlişi bundan sonra ANS-də efirə gedəcək. Yəqin ki, yeni kollektiv formalaşdırılacaq. Amma “Səni axtarıram”-ın ATV-də sonuncu buraxılışı bu gün efirə gedəcək.
Amma burda maraqlı bir məqam var. “Səni axtarıram”ın ANS-ə getməsi daha boyük qalmaqallar yaradacaq. Artıq kanalda eyni movzulu iki verliş olur. Ölkədə ən baxımlı verliş olan “Səni axtarıram”-ın ANS-də yaylmlanması Elgiz Əkbərin “Adam içində” verlişinin taleyini sual altında qoyub.
Bizimxeber.az-a daxil olan məlumata görə, ehtimal ki, Elğizin “Adam içində” verlişi yayımını dayandıracaq. Artıq bu barədə ilkin məlumatlar gəlməkdədir. Bu isə Elğiz Əkbərlə, ANS və Xoşqədəm Hidayətqızı arasında ciddi konfliktlər yaradacaq.