Prodüseri Rəqsanədən ayrıldı
Tarix: 8-04-2015, 12:40 |
Çap et
Müğənni Rəqsanə İsmayılova ilə 4 aydır çalışdığı prodüseri Sevinc Hüseynova iş birliyinə son qoyub.
Axşam.az-a açıqlama verən Sevinc ayrılmalarının səbəbini açıqlayıb:
“Aramızda heç bir inciklik olmayıb. Sadəcə, Rəqsanə tez-tez xaricə səfər edirdi. Məndə isə bu alınmırdı. Hazırda Gülay Zeynallı ilə çalışıram”.
Qeyd edək ki, S.Hüseynova bundan əvvəl müğənni Günay İbrahimli ilə çalışıb.